İdman 19:57 30.05.2023

Braziliyada futbolçular və hakimlər meydanda etiraz aksiyası keçirdilər

Braziliya A Seriyasında "Flamenqo" - "Kruzeyro" matçında Vinisius Junior üçün oturaraq aksiya keçirilib.

Qaynarinfo-nun məlumatına görə, La Liqada "Valensiya" - "Real" matçında irqçi şüarlara məruz qalan futbolçuya görə keçirilən aksiya zamanı meydanda olan bütün oyunçular və hakimlər yerə oturub. Madrid klubunun braziliyalı ulduzuna verilən bu dəstək futbol dünyasında böyük marağa səbəb oldu.

Qarşılaşma 1:1 hesabı ilə bitib.
 


Səbuhi Həsənov