Ekonomiks 17:24 09.06.2023

Brazilyalı futbolçu borcunu ödəmədən Azərbaycanı tərk edib - Məhkəməyə verildi

Azərbaycanın "Keşlə” (indiki "Şamaxı") futbol klubunda oynamış braziliyalı futbolçu Rodriges Pereyra Junior Silvio məhkəməyə verilib. 

Qaynarinfo xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhər Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi futbolçu barədə Bakı Kommersiya Məhkəməsinə xüsusi icraat qaydasında ərizə ilə müraciət edib.

İddiaya hakim Leyla Əliyevanın sədrliyi ilə baxılacaq. 

Junior Silvionun hazırda Azərbaycan dövlətinə 3376.04 AZN vergi borcu var.

Qeyd edək ki, Rodriges Pereyra Junior Silvio 2020-ci ildə Albaniyanın "Vllazniya" klubundan "Keşlə"yə keçib. 2020/21 mövsümündə Bakı klubunun heyətində 28 oyuna çıxan forvard 4 qol vurub. 2021-ci ildə ölkəmizi tərk edən 29 yaşlı braziliyalı hazırda İndoneziyanın "Persikabo” klubunda çıxış edir.

Seyid