Dünya 15:01 14.03.2023

Britaniya “vaxtı çatdığı” anda Rusiya ilə əməkdaşlığa hazırdır

Böyük Britaniya geosiyasi məsələləri həll etmək üçün Rusiya ilə işləyəcək, ancaq "vaxt çatdıqda”. 

Qaynarinfo xəbər verir ki, bunu TASS-a Böyük Britaniyanın baş naziri Rişi Sunakın nümayəndəsi deyib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, London Ukrayna münaqişəsinin həllindən sonra qlobal problemlərin həlli üçün Moskva ilə tamhüquqlu dialoqa qayıtmağa hazırdır. İndi dialoq və gərginliyin azaldılması kanalları əhəmiyyətli dərəcədə məhduddur, - Britaniya baş nazirinin nümayəndəsi, onların "vaxtı gələndə yenidən dirilə biləcəyini" vurğulayaraq qeyd edib.

Bundan əvvəl ölkə hakimiyyəti Təhlükəsizlik, Müdafiə və Xarici Siyasət Məsələlərinin Kompleks İcmalının yenilənmiş versiyasını dərc edib. Sənəddə deyilir ki, krallığın xarici siyasət prioriteti ortamüddətli perspektivdə Rusiyanın guya Avropa təhlükəsizliyinə və dünya nizamına yaratdığı təhlükənin əksi olaraq qalacaq.

Alpər