İdman 10:58 28.02.2022

Bu gün Azərbaycan Premyer Liqasında 17-ci tura yekun vurulacaq

Bu gün Azərbaycan Premyer Liqasında 17-ci turun daha iki oyunu keçiriləcək.

Qaynarinfo xəbər verir ki, əvvəlcə "Səbail" "Zirə"ni qəbul edəcək.  Komandalar indiyədək Premyer Liqada 17 dəfə üz-üzə gəlib. Bunların 10-da "Zirə" 3-də isə "Səbail" meydanı qələbə ilə tərk edib. Top fərqində də "Zirə" üstündür - 24:10. Son üç oyunda "Zirə” qalib gəlib. "Səbail” 8 matçdır qalib gələ bilmir.

Tura "Keşlə" - "Qarabağ" qarşılaşması ilə yekun vurulacaq. Tərəflər indiyədək çempionatda 68 dəfə qarşılaşıblar. Əvvəlki matçlarında 32-də Ağdam klubu, 13-də meydan sahibləri qələbə qazanıb. Top fərqində "Qarabağ" üstündür - 87:43. "Qarabağ” son 13 oyunda uduzmayıb. "Keşlə” son 5 matçda qol buraxıb.

28 fevral (bazar ertəsi)

Azərbaycan Premyer Liqası, XVII tur

17:00. "Səbail” – "Zirə”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Asif Əliyev
"ASCO Arena”

19:15. "Keşlə” – "Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Müslüm Əliyev, Vüsal Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
"ASK Arena”

İlk oyun günündə aşağıdakı nəticələr qeydə alınıb.

"Sabah" - "Neftçi" 0:1
"Sumqayıt" - "Qəbələ" 0:4 

"Qarabağ"  - 36, "Qəbələ" - 32, "Neftçi" - 28, "Zirə" - 28, "Sabah" - 20, "Keşlə" - 14, "Sumqayıt" - 13, "Səbail" -11

Səbuhi Həsənov