Azərbaycan Premyer Liqasında XXX tur davam edir.
Qaynarinfo-nun məlumatına görə, bu gün tur çərçivəsində bir oyun baş tutacaq.
"Kəpəz" "Turan Tovuz"u qəbul edəcək. Gəncə şəhər stadionunun ot örtüyü yararsız vəziyyətə düşdüyü üçün Qərb derbisi Qəbələdə keçiriləcək.
Bu mövsüm komandalar arasında baş tutan əvvəlki üç oyunun ikisində "Turan Tovuz" qələbəyə sevinib. Bir oyun isə heç-heçə nəticələnib. Tovuz təmsilçisi qol buraxmayıb. Gəncədəki qarşılaşmada qalib müəyyənləşməyib.
Premyer Liqa
XXX tur
15 aprel
16:00. "Kəpəz” – "Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu
Turun ötən gün keçirilən iki qarşılaşmasında aşağıdakı nəticələr qeydə alınıb
"Zirə" - "Səbail" 3:1
"Neftçi" - "Qəbələ" 1:2
"Qarabağ" - 77, "Sabah" - 65, "Neftçi" - 60, "Qəbələ" - 42, "Zirə" - 41, "Turan Tovuz" - 29, "Kəpəz" - 25, "Sumqayıt" - 24, "Şamaxı" - 21, "Səbail" - 21
Səbuhi Həsənov
Şərhlər