Ekonomiks 11:02 18.08.2022

Bu halda çörəyin qiymətinin artımı qaçılmaz olacaq - Ekspert

"Çörəyin həssas mövzu olduğunu nəzərə alan un istehsalçıları ilkin olaraq onun çəkisini azaldacaq”.
 
Bu barədə Qaynarinfo-ya iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, Azərbaycan özünü buğda ilə təmin edə bilmir: "Ölkənin buğda təminatının cəmi 25%-i öz resursları hesabına, yerdə qalan 75 % isə xaricdən asılıdır. Əsasən də, Rusiya və Qazaxıstandan taxıl alınır. Son iki ayda Rusiya və Qazaxıstandan da alınan taxılın qiymətində təqribən 100 dollarlıq bahalaşma var.
 
Nəticə etibarı ilə biz özümüzü təmin edə bilmirik deyə xaricdən alınan taxılın qiyməti unun və son nəticə etibarı ilə un məlumatlarının, o cümlədən də çörəyin qiymətinin də artmasına səbəb olacaq.  Bunun başqa yolu yoxdur”. 
 
 

Natiq Cəfərli hesab edir ki, unun bahalaşmasının qarşısını almağın iki yolu var: "Birincisi, hökumət un istehsalçılarına datasiya verməlidir.
 
Bu, əvvəlki illərdə olub, hər  tonuna görə 25 manat datasiya verilib. Belə bir datasiya sistemi geri  qaytarılmalıdır ki, un istehsalçılarına ziyan dəyməsin. Bizdə başqa metoda əl atırlar - un məmulatlarının qiyməti qalxdıqça çörəyin həssas mövzu olduğunu nəzərə alaraq, istehsalçılar ilkin zamanda çəkini aşağı salmaqla qiymətlərdə dəyişikliklər etməyəcək. Amma bu da bahalaşma deməkdir. Bir müddətdən sonra çəkini də azaltmaq mümkün olmayacaq. O zaman qiymət artımına getmək qaçılmaz olacaq”. 

Bahar Rüstəmli