Ölkə 12:26 23.12.2022

Bu məhkəmələrə hakimlər təyin edildi, 3 nəfər vəzifəsindən azad edildi (SİYAHI)

Azərbaycan Respubliaksının Ali Məhkəməsinə yeni hakimlər təyin edilib.

Qaynarinfo xəbərinə görə, bununla bağlı "Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında" layihə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Belə ki, Naxçıvan Muxtar Respubliaksının Ali Məhkəməsinin hakimi (Kommersiya Kollegiyasının sədri) Xıdırov Əhliman Mehman oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Abdulov Rəşad Məhərrəm oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Zəki Baba oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Vidadi Məmməd oğlu və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Cəfərov Vidadi Cəfər oğlunun Azərbaycan Respubliaksının Ali Məhkəməsinə hakim təyin edilməsi ilə bağlı namizədliyi irəli sürülüb. Layihə səsverməyə çıxarılaraq təsdiqlənib.

Bakı Apellyasiya Məhkəməsinə də hakimlər təyin edilib. Sənədə əsasən, aşağıdakı şəxslər Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilib:

- Allahverdiyev Elbəy Hidayət oğlu - Bakı Hərbi Məhkəməsinin hakimi;

- Hüseynov Pərviz Aktiv oğlu - Bakı İnzibati Məhkəməsinin hakimi;

- Qasımov Fərrux Hüseynağa oğlu - Bakı Kommersiya Məhkəməsinin hakimi;

- Abdıyev Fuad Vilayət oğlu - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi;

- Rüstəmli Məhəmməd Əli oğlu - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi;

- Bəhrəmzadə Sabit Xanlar oğlu - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi;

- Musayeva Cəmilə Ceyhun qızı - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi;

- Səmədov Rəşid Əfraim oğlu - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi;

- İbrahimov Anar Firdovsi oğlu - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi;

- Axundova Günay Təyar qızı - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi;

- Əyyubov Fərid İlham oğlu - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi;

Hakimlik səlahiyyətinin müddəti 2023-cü il yanvarın 2-də başa çatan İlham Məmməd oğlu Cəfərov da həmin tarixdən Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.

Bakı Apellyasiya Məhkəməsinin 3 hakimi vəzifəsindən azad olunub: 

- Kərimli İlham Əziz oğlu;

- Qasımov Faiq Adil oğlu;

- Məhərrəmova Şeyda Ədalət qızı.

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə isə iki yeni hakim təyin edilib. Belə ki, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinin hakimi Bəylərli Səxavət Şahhüseyh oğlu və Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin hakimi Novruzov Səxavət Hüseyn oğlunun Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə hakim təyin olunub.