Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin - qeydiyyatçı, nəzarətçi, xadimə, bağban, gözətçi, fəhlə və s. şəxslərin maaşları artırılıb.
Qaynarinfo xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Dəyişikliyə əsasən, Ali kateqoriya dövlət orqanlarında vəzifə maaşı 400, 1-ci kateqoriya dövlət orqanlarında 385, 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 365, 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında 345 manat təşkil edib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər