Dünya 15:05 16.02.2023

Bu şirkət bilə-bilə bu dərmanla 40 ildən çox insanlarda xərçəng yaradıb - Bəşəri cinayət

Mədə xorası və yanmasına qarşı olan Zantac dərmanını istehsal edən Britaniya şirkəti Glaxo dərmanın kanserogen olduğunu bildiyi halda bu barədə məlumat verməyib və bazardan çıxarmayıb. Dərman qəbul edərkən xərçəng riskinin artması haqda məlumat yalnız 2019-cu ildən geniş yayılmağa başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg tənzimləyici sənədlərə, araşdırmalara və məhkəmə sənədlərinə istinad edərək yazır.

Agentliyin məlumatına görə, Glaxo Zantacın buraxılması üçün 1978-ci ildə razılıq alıb. Dərmanın aktiv maddəsi ranitidindir. 40 ildir ki, Zantac dünyanın ən çox satılan resepti dərmanı olub, şirkət Kraliça II Yelizaveta tərəfindən mükafat alıb və onun baş icraçı direktoru Endryu Uittiyə cəngavər titulu verilib.

2019-cu ildə elm adamları dərmanın kanserogen olduğunu və təhlükəli NDMA maddəsinin ranitidinin özü tərəfindən yaradıldığını aşkar ediblər. Bütün dünyada Zantac istehsalçıları və sağlamlıq tənzimləyiciləri dərmanı geri çağırıblar və 2020-ci ilin yazında ABŞ tənzimləyicisi dərmanın istehsalını və istifadəsini qadağan edib.

NDMA N-nitrosodimethylamine-in qısalmış adıdır. İlk dəfə 1956-cı ildə xərçənglə əlaqələndirilib. 1970-ci illərdə NDMA artıq o dövrdə məlum olan ən güclü kanserogenlərdən biri hesab olunurdu. Maddə sınaqdan keçirilmiş hər növ heyvanda xərçəngə səbəb olub. Bu günlərdə yalnız laboratoriya siçovullarında xərçəngə səbəb olması üçün istifadə olunur.

Tədqiqatların nəticələri göstərib ki, az miqdarda NDMA təhlükəli deyil, lakin ranitidinin tərkibində bu maddənin həddindən artıq miqdarı var və zaman keçdikcə bu maddə artırılıb. Eyni zamanda, Glaxo, Bloomberg-in tədqiq etdiyi sənədlərdən göründüyü kimi, problemdən əvvəldən xəbərdar olub, lakin dərmanın kanserogenliyi ilə bağlı araşdırmanın nəticələrini Amerika tənzimləyicisindən gizlədib. Bundan əlavə, şirkət uzun illər istənilən nəticəni əldə etmək üçün dərmanın yanlış sınaqdan keçirilməsini dəstəkləyib.

Hazırda ABŞ-da Zantac və ya onun generiklərini qəbul etmiş 70.000-dən çox insan şirkəti məhkəməyə verir. Kaliforniya Ali Məhkəməsində ilk məhkəmə prosesi fevralın sonuna təyin edilib, lakin hakimin iş qrafikinə görə o, yaya qədər təxirə salına bilər. Zantac-ı satan Pfizer, Sanofi və digər əczaçılıq firmaları da cavabdeh sayılıblar.

Alpər