İdman 11:02 09.06.2023

Bülənt Korkmaz vəzifəsindən getdi

Türkiyənin ikinci liqasında "Çaykur Rizespor”u çalışdıran Bülent Korkmaz vəzifəsindən ayrılıb.

Qaynarinfo-nun məlumatına görə klub baş məşqçi ilə başa çatan müqavilə müddətini yeniləməyib. Bu barədə klub rəsmi məlumat yayıb. Mütəxəssisə təşəkkür edilib və karyerasında uğurlar arzulanıb.

"Çaykur Rizespor" cari mövsüm birinci dəstədə 68 xalla ikinci yeri tutub və yeni mövsümdən Türkiyə Superliqasında mübarizə aparmaq hüququ qazanıb.
 
Korkmaz 2009/2010 mövsümündə Azərbaycan Premyer Liqasında "Bakı"nı çalışdırıb.

Səbuhi Həsənov