İdman 15:20 09.03.2023

Canni De Byazi: "Müqavilə müddətini uzatmayacağam"

Millimizin baş məşqçisi Canni De Byazi italiya mətbuatına müsahibə verib.

Qaynarinfo-nun məlumatına görə, mütəxəssis AFFA ilə tsiklin sonunda müqaviləni uzadıb-uzatmayacağı ilə bağlı sualı da cavablandrıb. O, "Radio Crc"yə açıqlamasında bunları deyib: "Düşünürəm ki, müqavilə müddətini bir daha uzatmayacağam".
 
O millinin heyəti ilə bağlı danışıb, gənc qapıçı Yusif İmanova şans yaratmaq istədiyini bildirdi: 
 
"Mənim Azərbaycandan kənarda çıxış edən dörd oyunçum var. Anton Krivotsyuka baxmaq üçün Cənubi Koreya çempionatını izlədim. İtaliya A Seriyası üçün hazır futbolçu yoxdur. Amma düşünürəm ki, bəzi gənc futbolçular inkişaf edə bilər. Mahir Emreli yaxşı keyfiyyətlərə malikdir. Lakin onlardan yararlana bilmir. Artıq qapıçılarım yoxdur. Onun yaxşı bacarığı var. Məncə, bir oyunçu gənc olsa da, ona şans vermək lazımdır".

Azərbaycan millisi martın 24-də AVRO-2024-ün seçmə mərhələsində Avstriyanın qonağı olacaq.
 
Səbuhi Həsənov