İdman 15:10 26.02.2022

Canni De Byazi Xocalı qurbanlarının abidəsini ziyarət etdi

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar AFFA-nın əməkdaşları və millimizin baş məşqçisi Canni De Byazi köməkçiləri ilə birgə Xətai rayonu ərazisində faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
 
Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, onlar şəhidlərin ruhuna ehtiramlarını bildirib abidənin önünə əklil qoyublar.
 
 

Səbuhi Həsənov