Ölkə 21:39 21.08.2022

Cəlilabadda 33 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə şəhərin Azərbaycan küçəsində yerləşən evlərdən birində qeydə alınıb.

Belə ki, Masallı rayon sakini, 1989-cu il təvəllüdlü Ağayev Elgün Yusif oğlunu elektrik cərəyanı vurub. O, xəstəxanaya aparılsa da, artıq öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.