İdman 12:14 03.04.2023

"Çelsi" baş məşqçisini qovdu

"Çelsi" baş məşqçisi Qrem Potterlə yolları ayırıb.

Qaynarinfo-nun məlumatına görə, 29-cu turda baş tutan "Aston Villa" ilə matçda məğlubiyyətdən sonra mütəxəssis vəzifəsindən qovulub. 

Keçən yay ABŞ-dan olan iş adamı Todd Behlinin rəhbərlik etdiyi konsorsiumun klubu satın almasından sonra transferlərə 550 milyon funt-sterlinqdən çox pul xərcləyən "Çelsi"də Tomas Tuxelin göndərilməsindən sonra baş məşqçi postuna gətirilən Potter vəzifəsində cəmi 7 ay qala bildi. Klubdan verilən açıqlamada 47 yaşlı məşqçiyə göstərdiyi səy və töhfəyə görə təşəkkür edilib, komanda müvəqqəti olaraq Bruno Saltora tapşırıldığı bildirilib.

Potter "Çelsi”yə qədər "Östersund”, "Suonsi Siti” və "Brayton”u çalışdırıb.

Premyer Liqanın 29-cu turunda "Aston Villa"ya 2-0 məğlub olan "Çelsi" 38 xalla 11-ci pillədə qərarlaşıb. "Zadəganlar", Çempionlar Liqasının 1/4 finalında "Real"la qarşılaşacaq.

Səbuhi Həsənov