İdman 15:04 24.02.2023

"Çelsi" braziliyalı ulduz üçün israrlıdır

Qış fasiləsində transferlərə xərclədiyi məbləğlə diqqət çəkən "Çelsi" PSJ-nin ulduzu Neymara göz dikib.

Qaynarinfo-nun məlumatına görə, fasilədə heyətini Mixail Mudrik, Benoik Badiaşil, Noni Madueke, Malo Qusto, Andrey Santos, David Fofana və Joao Felikislə gücləndirən Lonfon klubu transferlərə ümumilikdə 600 milyon funt-sterlinq xərcləyib. 

Ancaq xarici KİV-də yer alan xəbərlərə görə, "Çelsi" daha bir ulduza gözünü dikib. Klub PSJ-nin braziliyalı üzvü Neymarı transfer etmək niyyətindədir. "Sambaçı" üçün təxminən 70-80 milyon funt-sterlinq xərcləmək nəzərdə tutulub.
 
Bununla yanaşı Neymar İngiltərəyə getməyə razılıq verərsə, PSJ-də həftəlik 1 milyon funt-sterlinq olan qazancından imtina etmək məcburiyyətində qalacaq. Braziliyalı ulduzun PSJ ilə müqaviləsi 2025-ci ildə başa çatacaq. Bu səbəbdən "Çelsi" yay transfer pəncərəsi zamanı hərəkətə keçməyə hazırlaşır.

Premyer Liqa komandalarından "Liverpul", "Mançester Yunayted", "Mançester Siti" və "Nyukasl"ın da Neymarın meneceri ilə əlaqə saxladığı bildirilir.

Səbuhi Həsənov