İdman 18:35 29.05.2023

"Çelsi"nin yeni baş məşqçisinin adı rəsmən açıqlandı

Bu mövsüm böyük sıxıntılar yaşayan "Çelsi"nin yeni baş məşqçisinin adı açıqlanıb.

Qaynarinfo-nun məlumatına görə komandanın "sükanı" arxasına Maurisio Poçettino keçib. Bu barədə klub rəsmi saytı vasitəsilə elan verərək, yeni məşqçi ilə 3 illik müqavilə imzalandığını bildirib. 

Bu mövsümə Tomas Tuçellə başlayan London komandası qısa müddətdən sonra Qrem Potterlə əvəzlənib. Ancaq komanda ardıcıl uğursuzluqlardan sonra Potteri müvəqqəti olaraq Frank Lempardla əvəzləyib. Hətta Lemparda qədər komandaya qısa müddət ərzində Bruno Saltor da rəhbərlik edib.

Ancaq bütün bunlara baxmayaraq "Çelsi" gözlənilən effekti ala bilməyib. Nəhayət, klub Poçettino ilə müqavilə imzalayıb. Argentinalı mütəxəssis sonuncu dəfə PSJ-ni çalışdırmışdı.
 
 
 
 
Səbuhi Həsənov