Dünya 18:13 28.04.2023

Çexiya və Slovakiya prezidentləri Ukraynaya gəldilər

Çexiya və Slovakiya prezidentləri Petr Pavel və Zuzana Çaputova Ukraynaya gəliblər.

Qaynarinfo xəbər verir ki, bu barədə RBC nəşrinə istinadən yazıb. Nəşrin məlumatına görə, hər iki lider Kiyevə qatarla iki saatdan çox ləngiyərək gəlib.

Prezidentlər Ukrayna paytaxtının ətrafına, britaniyalı rəssam Benksinin qraffitisinin yerləşdiyi Borodianka kəndinə baş çəkiblər. Onların Ukrayna prezidenti Vladimir Zelenski və baş nazir Denis Şmıqalla da görüşü nəzərdə tutulub. Denik N qeyd edir ki, bu, Pavelin sələfi Miloş Zemanın Ukraynaya səfər etdiyi 2013-cü ildən bəri Çexiya prezidentinin Ukraynaya ilk səfəridir.

Xatırladaq ki, aprelin 28-nə keçən gecə bütün Ukrayna ərazisində hava həyəcanı elan edilib. Bir sıra şəhərlərdə, o cümlədən Kiyevdə partlayışlar səslənib.

Alpər