Ölkə 21:40 02.10.2022

Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş başladı (FOTO)

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında görüş başlayıb.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi "Twitter” səhifəsində paylaşım edib.

Görüş İsveçrənin Cenevrə şəhərində keçirilir.