Siyasət 21:32 31.01.2023

Ceyhun Bayramov və Lavrov arasında telefon danışığı oldu

31-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər Laçın yolundakı vəziyyəti müzakirə ediblər.

Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmaları əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının bütün treklər üzrə ritmik işin bərpasının vacibliyi vurğulanıb.

Bu kontekstdə Rusiya tərəfinin Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinin rəhbərləri arasında iki ölkə arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların növbəti raundunu təşkil etməyə hazır olduğu təsdiqlənib.