Kütləvi anti-Rusiya sanksiyaları fonunda Çinin Kibertəhlükəsizlik İdarəsi (CAC) Amerika yarımkeçirici istehsalçısı "Micron Technology"yə qarşı təhqiqata başladığını elan edib.
Qaynarinfo "Reuters" agentliyinə istinadən xəbər verir ki, Çin tənzimləyicisi Çinə tədarük edilən "Micron" məhsullarının ölkənin milli təhlükəsizliyinə təhlükə yarada biləcəyindən
şübhələnir.
Məlumata görə, Çin tərəfi bu narahatlığı Amerika şirkətinin texnologiyalarının ölkənin kritik telekommunikasiya infrastrukturunda istifadə olunması ilə əsaslandırır.
"Micron" Çin səlahiyyətliləri tərəfindən davam edən araşdırmadan xəbərdar olduğunu, CAC ilə əlaqə saxladığını və tənzimləyici ilə tam əməkdaşlıq etdiyini bildirib.
Aydın
Şərhlər