Dünya 15:59 09.06.2022

Çində yenidən qapanmalar başlayır: 2.7 milyon əhali yenidən test verəcək

Şanxay şənbə günü 2.7 milyon əhalisi olan bir rayonu kütləvi koronavirus testi keçirmək üçün bağlayacaq.

Qaynarinfo "The Guardian” saytına istinadla xəbər verir ki, bu barədə şəhər səlahiyyətliləri məlumat verib

Çin Covid epidemiyası ilə mübarizə aparmaq üçün mart ayından bəri 25 milyon sakininin əksəriyyətini evlərinə qapadıb. 

Keçən həftə şəhərdə bir çox məhdudiyyətləri yüngülləşdirilmişdi. İndisə qapanmalar yenidən qayıdır. 

Ancaq ölkədə qapanmalar, demək olar, heç götürülməyib də. Hazırda Çinin ən böyük şəhərində yüz minlərlə insan hələ də evlərinə qapadılıb və bir çox yaşayış binalarının sakinlərinə yenidən evdə qalma əmri verilib. 

Rayon səlahiyyətliləri məlumat verib ki, 2.7 milyon insanın yaşadığı Minhanq şəhərinin cənub-qərb bölgəsi şənbə günü səhər "qapalı idarəetmə" altına alınacaq və bütün sakinlər test ediləcək.

Testlər keçiriləndən sonra insanlara evlərindən çıxmağa icazə veriləcəyi bildirilib. 

Çinin sərt sıfır-Covid yanaşmasına əsasən, bütün müsbət hallar təcrid olunur və yaxın təmaslar - çox vaxt onların yaşadığı bütün bina və ya icma da daxil olmaqla - karantinə alınır.

Nurlan Hüseynov