Dünya 10:59 10.02.2023

Çinə qarşı imitasiya edilmiş döyüşlər - Üç ölkə birgə təlimlər keçirdi

ABŞ, Böyük Britaniya və Avstraliya Çin qırıcılarına qarşı döyüşü imitasiya etmək səyləri çərçivəsində Amerikanın Nevada səhrasında birgə hava təlimləri keçirib.

Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.

Pentaqon qeyd edib ki, illik təlimlər hər hansı son hadisələrlə bağlı deyil, birgə təlim uçuşları əvvəlcədən planlaşdırılıb.

Təlim ABŞ, Böyük Britaniya və Avstraliyanın Sakit okeanda döyüşərkən böyük məsafələri qət etməyə, həmçinin üç ölkənin hava qüvvələrinin əməliyyat ahəngdarlığını yaxşılaşdırmağa əsaslanıb.

ABŞ F-35 çoxməqsədli qırıcıların, eləcə də strateji təyyarələrin istifadəsini simulyasiya edib. Təlimlərdə Britaniya yanacaq doldurma təyyarələrindən başqa "Eurofighter Typhoon" qırıcılarından, Avstraliya Hərbi Hava Qüvvələri isə "EA-18G Growler" təyyarəsindən istifadə edib.

Nizami Bağırov