Dünya 13:48 04.06.2023

Çinin müdafiə naziri: "ABŞ-la münaqişə qlobal fəlakətə səbəb olacaq"

Çinin müdafiə naziri Li Şanfu bildirib ki, Pekin və Vaşinqton arasında qarşıdurma qlobal fəlakətə səbəb ola bilər. 

Qaynarinfo "Kommersant"a istinadən xəbər verir ki, nazir Çin və ABŞ arasındakı münasibətlərin "ikitərəfli münasibətdən daha artıq" olduğunu bildirib. Eyni zamanda, Li Şanfu ölkəsinin Vaşinqtonla dialoqa can atdığını qeyd edib.

"Beynəlxalq ictimaiyyət sabit münasibətləri səbirsizliklə gözləyir və istənilən potensial münaqişə və ya qarşıdurmadan narahatdır. Çin və ABŞ arasında ciddi münaqişənin və ya qarşıdurmanın bütün dünya üçün dözülməz fəlakətə çevriləcəyini inkar etmək olmaz”, deyə deyə Li Şanfu Sinqapurda keçirilən Şanqri-La Dialoq beynəlxalq təhlükəsizlik konfransında çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, Çin və ABŞ "bir çox cəhətdən bir-birindən fərqlidir”: "Lakin bu, onların ikitərəfli əlaqələri genişləndirmək və əməkdaşlığı dərinləşdirmək üçün ümumi zəmin və ümumi maraqlar axtarmasına mane olmamalıdır”.

Onun sözlərinə görə, Pekin Asiya-Sakit okean regionunda təhlükəsizlik sahəsində əməkdaşlıq üçün açıq, inklüziv, şəffaf və bərabərhüquqlu çərçivənin yaradılması üzərində işləməyə hazırdır.

Li Şanfu çıxışında Tayvan mövzusuna da toxunub. O, ada ətrafındakı vəziyyətin həllini "yalnız Çin xalqının işi” adlandırıb və qeyd edib ki, heç bir kənar qüvvələrin buna müdaxiləsinə icazə verilmir.

Aydın