Sənət 10:36 28.06.2022

Cüneyt Arkının ölüm səbəbi məlum oldu

Türk kinosunun sevilən aktyoru Cüneyt Arkının ölüm səbəbi məlum olub.

Qaynarinfo xəbər verir ki, bu barədə xəstəxanadan məlumat verilib.

Verilən açıqlamada onun ürək tutmasından öldüyü deyilir:

"Türk kinosunun dəyərli aktyoru Cüneyt Arkın həyatının xilas edilməsi üçün edilən cəhdlərə baxmayaraq, ürək tutması səbəbilə təcili yardımla gəldiyi Liv Hospitalda həyatını itirib. O, türk kinosunun nəhəng aktyoru idi. Cüneyt Arkının ailəsinə və bütün sevənlərinə başsağlığı veririk”.

Xəyal Abdullayev