Dünya 22:16 02.06.2023

Daha bir təhlükəli asteroid Yerə doğru gəlir

Potensial təhlükəli asteroid 1994 XD Yerə yaxınlaşır. 

Qaynarinfo xəbər verir ki, bu barədə Moskva Planetariumunda xəbərdarlıq edilib.

Mətbuat xidmətinin məlumatına görə, ölçüləri 300-800 metr arasında dəyişən asteroid (488453) 1994 XD 2023-cü il iyunun 12-də Moskva vaxtı ilə saat 03:53-də Yerdən təxminən 3,16 milyon kilometr məsafədə saniyədə 21 kilometr sürətlə uçacaq. Bu məsafə Aya olan məsafədən təxminən səkkiz dəfə böyükdür.

Ölçüsünə görə 1994 XD "Potensial Təhlükəli Asteroid" kateqoriyasına düşür.

Obyekt Yerin orbitini 0,05 astonomik vahiddən (7 479 894 km) və ya 7,5 milyon km-dən az məsafədə keçərsə potensial təhlükəli sayılır - bu, Yerdən Aya qədər təxminən 19,5 məsafədir və diametri 100-150 metrdən çoxdur. (Bir astronomiya vahidi təxminən Yerdən Günəşə olan orta məsafəyə bərabərdir. Hazırda tam olaraq 149.597.870.700 metr götürülür. Astronomiya vahidi əsasən günəş sistemindəki obyektlər, ekzoplanetar sistemlər və ikili ulduzların komponentləri arasındakı məsafələri ölçmək üçün istifadə olunur. – Qaynar.)

Planetarlar əlavə edib ki, asteroid Yerdəki həyat üçün təhlükə yaratmır.

Alpər