İdman 14:57 30.05.2023

Daha iki taekvondoçumuz mübarizəni dayandırdı

Azərbaycanın daha iki taekvondoçusu Bakıdakı dünya çempionatında mübarizəni dayandırıb.

Qaynarinfo xəbər verir ki, kişilərin mübarizəsində Qaşım Maqomedov (58 kq) 1/32 final mərhələsində Kay Çenqə (Çin) məğlub olub. Qadınların yarışında isə Fəridə Əzizova (67 kq) 1/16 finalda ABŞ idmançısı Kristina Teaçotla bacara bilməyib.

İlk gündə Cavad Ağayev də (68 kq) mübarizəni dayandırmışdı.
 
Dünya çempionatı 29 may - 4 iyun tarixlərini əhatə edir.
 
Səbuhi Həsənov