Dünya 13:58 11.02.2023

Danimarka Türkiyə və Suriyaya isti çadırlar verə bilməyəcək (SƏBƏB)

Danimarka zəlzələdən zərər çəkmiş Türkiyə və Suriyaya isti çadırlar və mobil xəstəxanalar göndərə bilməyəcək, çünki hərbi əməliyyatlar başlayanda onları Ukraynaya verib. 

Qaynarinfo xəbər verir ki, Danimarka Dövlət Yayım Şirkətinə bu barədə Danimarka Fövqəladə Halların İdarə Olunması Agentliyinin maddi-texniki təminatı şöbəsinin rəhbəri Brayan Teste Kristensen məlumat verib.

Kristensen əlavə edib ki, Danimarka səlahiyyətliləri humanitar işçiləri və onların qərargahlarını yerləşdirmək üçün istifadə edilə bilən çadırların daha yüngül versiyalarını zərər çəkmiş bölgələrə göndərəcək.

Xatırladaq ki, fevralın 6-da Türkiyə və Suriyada baş verən zəlzələ son illərin regionda ən böyük zəlzələsi olub və 22 mindən çox insanın həyatına son qoyub.

Alpər