Ölkə 13:10 23.02.2021

Daşkəsənli qazimiz niyə intihar edib?

"Fərman Həsənovun səhhətində heç bir promlemi olmayıb, çox sağlam idi”.

Bunu Qaynarinfo-ya açıqlamasında Daşkəsən rayonunun Qabaqtəpə kənd sakinlərindən biri Vətən müharibəsinin iştirakçısı Fərman Həsənovun intiharına aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, qazinin intiharı üçün heç bir səbəb olmayıb: 

"Fərman Həsənov II Vətən müharibəsinin iştirakçısıdır. Onun intiharı ilə bağlı istintaq gedir. Fərman medalla təltif olunub, çox da sağlam idi. Ailəsi var, iki uşaq atasıdır. Özünün ayrıca məhləsi vardı, orada yaşayırdı. Kənd yeridir, birinin borcu olanda hamı bilir. Borcu da olmayıb. Atası da uzun müddət hərbiçi olub. Problemsiz bir ailə olublar. Amma bu niyə baş verib, onu bilmirik”.

Qeyd edək ki, Daşkəsən rayonunun Pirverdilər kənd sakini, Vətən Müharibəsi iştirakçısı, 1990-cı il təvəllüdlü Həsənov Fərman Fərhad oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Bahar Rüstəmli