Almaniya Futbol Federasiyası (DFB) milli komandaların direktoru vəzifəsində çalışan Oliver Birhoffla yollarını ayırdığını açıqlayıb.
Qaynarinfo-nun məluamtına görə Qətərdə keçirilən dünya çempionatında qrupdan çıxa bilməyərək turnirlə vidalaşan yığmada ilk böyük istefa baş verib. DFB-dən verilən açıqlamada məşhur keçmiş futbolçu ilə müddəti 2024-cü ilə qədər olan müqaviləyə vaxtından əvvəl xitam verildiyi bildirilib.
Birhoffun 2004-cü ildən bəri xidmət etdiyini bildirən DFB prezidenti Bernd Neuendorf açıqlamasında, "Son bir neçə turnir idman məqsədlərinə çatmasa da, o, o yaxşı vaxtlarda da xidmət etdi. Birhoff, hər zaman, hətta təlatümlü vaxtlarda da öz məqsədlərinə, baxışlarına əməl etdi və DFB-də qalıcı iz buraxdı. DFB heyəti adından Birhoffa bizim və Almaniyada futbol üçün etdiklərinə görə təşəkkürlərimi bildirirəm” - sözlərini söyləyib.
Səbuhi Həsənov
Şərhlər