İdman 20:55 17.12.2022

DÇ-2022: Xorvatiya dünya üçüncüsü oldu

Qətərdə keçirilən dünya çempionatında bürünc medal qazan komanda bəlli olub.

Qaynarinfo-nun məlumatına görə, üçüncü yer uğrunda oyunda Xorvatiya və Mərakeş yığmaları üz-üzə gəliblər.

Qarşılaşma Avropa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. "Damalılar"ın qollarını 7-ci dəqiqədə Yosko Qvardiol, 42-ci dəqiqədə Mislav Orşiç vurub. Afrikalıların heyətində Əşrəf Dari 9-cu dəqiqədə fərqlənib.

Beləliklə, Xorvatiya seçməsi tarixində ikinci dəfə mundialın bürünc medalına sahib çıxıb. Milli 1998-ci ildə də eyni uğura imza atmışdı.

Qeyd edək ki, DÇ-2022-nin finalında Argentina və Fransa yığmaları üz-üzə gələcəklər. Dekabrın 18-də oynanılacaq matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

DÇ-2022
3-cü yer uğrunda oyun
17 dekabr

Xorvatiya - Mərakeş 2:1
Qollar: Yosko Qvardiol, 7. Mislav Orsiç, 42 Əşrəf Dari, 9.
Xorvatiya: 1. Dominik Livakoviç, 20. Yosko Qvardiol, 2. Yosip Stanisiç, 24. Yosip Şutalo, 10. Luka Modriç, 8. Mateo Kovaçiç, 7. Lovro Mayer, 4. İvan Perişiç, 9. Andrey Kramariç, 14. Marko Livaya, 18. Mislav Orsiç.
Mərakeş: 1. Yassin Bunu, 18. Vavad el Yamiq, 2. Əşrəf Hakimi, 25. Yəhya Attiat-Allah, 20. Əşrəf Dari, 4. Sofyan Amrabat, 23. Bilal El Xannus, 7. Hakim Ziyeş, 11. Abdelhamid Sabiri, 17. Sofyan Bufal, 19. Yussuf En-Nesir.
Baş hakim: Əbdülrəhman Əl-Cassim (Qətər).
"Xəlifə" stadionu.