Ölkə 12:25 17.03.2023

Deputat: "Yüz minlərlə insan bələdiyyə və icra orqanlarının saxtakarlığından əziyyət çəkir"

Torpaqların istiafdəyə və icarəyə verilməsində ciddi nöqsanlar mövcuddur. Elə rayonlar var ki, orada 10 min hektardan çox kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tikinti altına verilib".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zaman deyib.

Komitə sədri bildirib ki, həmin mənzil sahibləri mülkiyyət hüqunu təsdiq edən sənədləri ala bilmədikləri üçün uzun illərdir qeydiyyata düşə bilmirlər: 

"Ünvansız və qeydiyyatsız yaşamaq məcburiyyətindədirlər. Onlar hər an evlərini tərk etmək qorxusu altında yaşayırlar. 100 minlərlə insan bəzi bələdiyyələrin, icra orqanlarının saxtakarlığını çəkməkdədir".
 
Qafqaz Rafiqoğlu