"Təklif edirəm ki, Əmək Məcəlləsinə tıxacla bağlı işə gecikənlərlə bağlı maddə daxil edək”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, Bakının ətraf bölgələrindən gələnlər bu problemi daha çox hiss edir: "Tıxaca görə 1 saat gecikmə məsələsi qanunvericilik səviyyəsində olmasa da, Nazirlər Kabinetinin qərarlarında əks olunsun. Xüsusilə də ən azı bunun qadınlara yönəlik tətbiq olunması lazımdır”.
Şərhlər