Ölkə 18:19 04.02.2023

Deputatın maşını xarab olub yolda qaldı (FOTOLAR)

Bakıda Milli Məclisin deputatının avtomobili yolda xarab olub.

Manset.az-ın əldə etdiyi məlumata görə, Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyevin 99-AA-900 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı xidməti avtomobilində texniki nasazlıq yaranıb. Ziyad Bünyadov prospektində sürücü maşında olan texniki problemi aradan qaldıra bilməyib. Sonra köməklik üçün əraziyə başqa avtomobil çağırılıb.

Həmin anın görüntülərini təqdim edirik: