İdman 18:10 01.06.2023

Dəqiqləşdi: Messi PSJ-dən gedir

PSJ-nin superulduzu Lionel Messinin klubdan ayrılacağı dəqiqləşib.
 
Qaynarinfo-nun məlumatına görə bu barədə Paris təmsilçisinin baş məşqçisi Kristof Qaltye bildirib. O, sabah baş tutacaq "Klermon"la matçın Messi üçün sonuncu olacağını deyib. 

Messi 2021/2022 mövsümünün əvvəlində "Barselona"dan PSJ-yə transfer olunub. O, Paris klubunun heyətində meydana çıxdığı 40 oyunda 21 qola və 20 məhsuldar ötürməyə imza atıb.
 
Səbuhi Həsənov