İdman 13:27 30.06.2022

Dibala "Yuventus"dan getdi

"Yuventus" Argentina millisinin futbolçusu Paulo Dibala ilə yollarını ayırıb.

Qaynarinfo xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı hücumçu ilə müqavilə müddəti artırılmayıb. Turin təmsilçisi xidmətlərinə görə təcrübəli oyunçuya təşəkkür edib.

Dibala 2015-ci ildən "Yuventus"da çıxış edirdi.
 
Səbuhi Həsənov