Dünya 11:25 24.09.2022

Dövlət bankları Ərdoğanla “Mir” kartına alternativləri müzakirə etdi - KİV

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Maliyyə Nazirliyi, Türkiyə Mərkəzi Bankı və dövlət banklarının rəhbərləri Rusiyanın "Mir” kartına alternativləri müzakirə ediblər.

Qaynarinfo bu haqda NTV kanalına istinadla xəbər verir.

Ərdoğan daha əvvəl demişdi ki, o, cümə günü Türkiyədə Rusiyanın "Mir” kartının gələcəkdə istifadəsi ilə bağlı qərar verə bilər. Cümə günü səhər saatlarında "Yeni Şafak” qəzeti ABŞ-ın Türkiyənin "Mir” ödəmə sistemindən istifadə etdiyinə görə Türkiyə banklarını sanksiyalarla hədələdiyini yazıb.

"Mir kartına alternativlərin müzakirə edildiyi toplantıda Ərdoğanın sədrliyi ilə maliyyə naziri, Mərkəzi Bankın rəhbəri və dövlət banklarının rəhbərləri iştirak edib”, - telekanal xəbər verir.

Bazar ertəsi Türkiyənin "İşbank"ı və "Dənizbank"ı RİA Novosti-yə bildiriblər ki, onlar Rusiyanın Mir kartlarına xidmət göstərməyi dayandırıblar. 
Bu qərar ABŞ və Böyük Britaniyanın Rusiya Federasiyasına qarşı sanksiyaları ilə əlaqədar verilib. "Mir” ödəniş sisteminin kartlarının xarici banklarda, xüsusən də Türkiyə banklarında qəbulu və onlara xidmət göstərilməsi kredit təşkilatlarının öz mövqeyindən asılı olacaq, - ödəniş sisteminin mətbuat xidməti izah edib.

Alpər