Ölkə 19:09 06.02.2023

Dövlət Xidməti və 6 bələdiyyənin adından dələduzluq edən sabiq rəis məhkəmə qarşısında

Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin keçmiş rəisi Cavanşir Əvəzovun məhkəməsi başlayır. 

Qaynarinfo xəbər verir ki, keçmiş idarə rəisi Cinayət Məcəlləsinin 178.4-cü maddəsi (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham olunur. 

İş üzrə Əmlak Məsələləri üzrə Dövlət Xidməti, Xaçmaz rauon Xudat, Qusar rayon Şirvanlı, Quxuroba, Samur, Kuzunqışlaq və Həzrə bələdiyyələri zərərçəkmiş qismində tanınıb. 

Cavanşir Əvəzovun bu bələdiyyələrin adından istifadə edərək torpaq satdığı bildirilir. Maraqlıdır ki, onun həbsi barədə heç bir məlumat yoxdur. 

Ədliyyə Nazirliyinin saytında Xaçmaz Regional İdarəsinin rəisi kimi Cavanşir Əvəzovun adı qeyd edilib. 

Cavanşir Əvəzovun cinayət işi bağlı məhkəmə prosesi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçiriləcək. Məhkəmə prosesinin vaxtı hələ ki, müəyyənləşdirilməyib.

Seyid