Sənət 16:52 01.06.2022

Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi ittifaqda olmağım prinsipial məsələdir - Ayaz Salayev

"Mənim üzv olduğum Azərbaycan Kinematoqrafçılar İttifaqı heç vaxt Rasim Balayevin sədrlik etdiyi ittifaqla birləşə bilməz”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar İncəsənət Xadimi Ayaz Salayev Xalq artsiti Rasim Balayevin Kinematoqrafçılar İttifaqına sədr seçilməsindən danışarkən deyib. Rejissor sözügedən ittifaqların birləşməsinin qəti əleyhinə olduğunu bildirib:
 


"Mən Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüyəm. Rasim Balayevin sədr seçildiyi ittifaqın işləri məni qətiyyən maraqlandırmır”.

Kinorejissor deyir ki, onun Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi ittifaqda olmağı prinsipial məsələdir.

Bahar Rüstəmli