Foto 08:39 13.05.2023

Şəhid Məhəmməd Qarayev Qəbələdə dəfn olunacaq (FOTO)

Mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu Qəbələ şəhərinin sakini olub.

"Report”un Şimal-qərb bürosunun məlumatına görə, o, bu gün Qəbələ şəhərində dəfn olunacaq.

2001-ci il təvəllüdlü Məhəmməd Qarayev evin tək oğlu olub.