Ölkə 16:09 07.09.2022

Eks deputata qarşı 230 minlik dələduzluqla bağlı məhkəmə başlayır

Yaxın günlərdə Naxçıvan Ali Məclisinin eks deputatı, hazırda iş adamı kimi fəaliyyət göstərən Nəsrulla Bayramova qarşı dələduzluq etməkdə ittiham olunan Elçin Bağırovun məhkəməsi başlayır. 

Qaynarinfo xəbər verir ki, külli miqdarda dələduzluqda təqsirləndirilən Elçin Bağırovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Azər Paşayevin icraatındadır. 

Nəsrulla Bayramovdan başqa daha altı nəfər - Zaur Mirzəyev, Natəvan Əkbərova, Səbuhi Tağıyev, Rəşad Şirinov, Samir Daşdəmirov və Sadiq Əkbərov cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, Elçin Bağırov armatur biznesi ilə məşğul olmaq adı ilə Nəsrulla Bayramovdan 230 min manat alaraq ona qarşı dələduzluq edib.

Seyid