Dünya 16:40 12.05.2023

Eks-prezident keçmiş baş naziri məhkəməyə verəcək - Onu şərlədiyi üçün

Slovakiya prezidenti Zuzana Çaputova müxalifət lideri və keçmiş baş nazir Robert Fitsonu onu şərlədiyinə görə məhkəməyə verəcək.

Bu barədə Qaynarinfo Euractiv-ə istinadən xəbər verir.

"Smer-SD” partiyasının sədri Fitso dəfələrlə Çaputovanı "Amerika agenti” adlandırıb və onun yeni müvəqqəti hökumət təyin etmək qərarına istinad edərək "Soros hökumətini təyin etdiyini” deyib.

Fitso hətta Çaputova və ailəsi ölüm təhdidləri almağa başladıqdan sonra belə şərhlərinə görə üzr istəməkdən imtina edib. Hazırda polis prezidentə qarşı təhlükəli hədələrlə bağlı dörd cinayət işini araşdırır.

Çaputova sosial şəbəkədə yazıb: "Mənfur yalanlarla kimisə hədəfə çevirmək Slovakiyada artıq insan həyatı bahasına başa gəlib".

Çaputova bundan əvvəl Rusiya təbliğatı və sui-qəsd nəzəriyyələrini yaymaqla tanınan Smer-SD partiyasının sədr müavini Lubos Blaqanı məhkəməyə verib. O, dövlət başçısını "satqın”, "Amerika agenti” və "xarici dövlətin maraqlarının obyekti” adlandırıb. Keçən il Çaputova bu iddia üzrə məhkəməni qazanıb. 

Nizami Bağırov