Ölkə 21:38 23.06.2022

Elşən Mustafaoğlu azadlığa buraxıldı

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri, tanınmış ilahiyyatçı Elşən Mustafaoğlu azadlığa buraxılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.

Bildirilib ki, Elşən Mustafaoğlu məhkəmənin qərarı ilə azadlığa buraxılıb.

Qeyd edək ki,  Elşən Mustafaoğlu 2014-cü ildə həbs olunub və Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunaraq, 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.