Video 12:14 30.05.2023

Elxan Qasımov dəfn olundu (FOTO/VİDEO/YENİLƏNİB)

Əməkdar artist Elxan Qasımov dəfn olunub.

Qaynarinfo BAKU.WS-ə istinadən xəbər verir ki, mərhum Xırdalan qəbiristanlığında oğlunun məzarının yanında torpağa tapşırılıb.

Xatırladaq ki, Elxan Məmməd oğlu Qasımov 1945-ci il aprelin 24-də Naxçıvanda anadan olub. "Əhməd haradadır” filmindən "sürücü Əhməd” kimi tanınan E.Qasımov 1969-cu ildən "Azərbaycanfilm” kinostudiyasında işləyirdi. Bədii, sənədli filmlərin, "Mozalan” süjetlərinin müəllifidir.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə "Azərbaycanın Əməkdar artisti” fəxri adına layiq görülüb.