İdman 19:11 26.02.2023

Emin Mahmudov "Neftçi"dən gedir?

"Neftçi” futbolçusu Emin Mahmudovu heyətdə saxlamaqda israrlıdır.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Bakı klubu müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq kapitanı ilə danışıqlara dekabrdan başlasa da, tərəflər indilik ortaq məxrəcə gələ bilməyiblər.

Belə ki, paytaxt klubu 30 yaşlı yarımmüdafiəçinin 3 illik anlaşmaya qol çəkməsinə nail olmaq istəyir. Lakin "Qarabağ"ın da diqqət mərkəzində olan Emin gözləmə mövqeyində qalmağı daha uyğun variant sayır. O, klub nümayəndələri ilə görüş zamanı da yekun qərarını mövsüm başa çatandan sonra açıqlayacağını bildirib.

Qeyd edək ki, Mahmudov 2017-ci ildən "Neftçi”nin uğurları üçün çalışır. O, cari mövsüm Azəarbaycan Premyer Liqasında 11 qol vurub.