Ölkə 20:34 16.11.2022

Şəmkir rayon təhsil sektorunun müdiri vəzifəsindən azad edildi

Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə Şəmkir rayon təhsil sektorunun müdiri Qüdrət Əliyev vəzifəsindən azad edilib.

Qaynarinfo xəbər verir ki, bu posta 2021-ci ildə təyin olunmuşdu.

Q.Əliyev əvvəllər Şəmkir Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Alimpaşa Məmmədovun birinci müavini işləyib.