Dünya 23:02 14.03.2023

Ən böyük poker saytının sahibi Rusiyaya görə ABŞ-da 4 milyon cərimə ödəyəcək

PokerStars-ın sahibi olan Flutter Entertainment ABŞ-da 4 milyon dollar cərimə ödəyəcək. ABŞ hakimiyyəti hesab edir ki, şirkət Rusiyada pokeri leqallaşdırmağa çalışaraq rüşvətxorluq haqqında qanunu pozub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Agentstvo.media” məlumat yayıb.

Qiymətli kağızlar və birjalar komissiyası müəyyən edib ki, PokerStars-ın əvvəlki sahibi olan Stars Group 2015-2020-ci illərdə ölkədə pokerin leqallaşdırılması üçün lobbiçilik etmək cəhdi ilə Rusiya rəsmilərinə və dövlət qurumlarına, o cümlədən Roskomnadzor-a təxminən 8,9 milyon dollar ödəyib.

Qiymətli kağızlar komissiyası bildirib ki, Stars Group-un ödədiyi pulun bir hissəsi Rusiya dövlət məmurlarına Yeni il hədiyyələri vermək və Rusiyanın dövlət agentliyinə məsləhət xidmətlərinin ödənilməsinə yönəlib.

2020-ci ildə PokerStars-ı satın alan Flutter Komissiya ilə 4 milyon dollarlıq razılaşma əldə edib. Razılaşmanın şərtlərinə görə, şirkət agentliyin komissiyanın iddialarını nə qəbul edir, nə də təkzib.

2022-ci ildə Rusiyanın Ukraynanı işğalından sonra Flutter Rusiyadan çıxdığını elan edib. 

Rusiyada PokerStars müharibədən əvvəl qumar zonalarında fəaliyyət göstərirdi, o cümlədən Soçidə poker turnirləri keçirirdi.

Nizami Bağırov