Ərdəbilin mərkəzində molla rejiminə qarşı şüar yazılmış poster asılıb: "Azadlıq, Ədalət, Milli Hökumət!"
Qaynarinfo xəbər verir ki, bu barədə "Azad İran” "Facebook" səhifəsi məlumat
yayıb.
Bildirilir ki, Ərdəbilin mərkəzi küçələrindən birində yerləşən yerüstü piyada keçidindən milli şüarlar yazılmış plakat asılıb.
Plakatda "Müstəqillik qeyri-fars millətlərin yeganə qurtuluş yoludur. Ədalət, Azadlıq, Milli hökumət" yazılıb.
Alpər
Şərhlər