Dünya 16:50 05.04.2023

Ərdoğan: "BMT Təhlükəsizlik Şurasının islahatlara ehtiyacı var"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasında mövcud nizamın "davamsızlığı” səbəbindən islahatlara çağırıb. 

Qaynarinfo bu barədə "Anadolu”ya istinadən xəbər verir.

Digər ölkələrin səfirləri qarşısında çıxış edən Ərdoğan, "BMT Təhlükəsizlik Şurasının əhatəli və hərtərəfli anlayışla islah edilməsi zəruridir" dedi.

2022-ci ilin martında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu demişdi ki, Ukrayna münaqişəsi BMT Təhlükəsizlik Şurasında islahatlara ehtiyac olduğunu göstərdi.

Yaponiyanın baş naziri Fumio Kişida da BMT Təhlükəsizlik Şurasında islahatların aparılması zərurətindən danışıb. Onun fikrincə, Təhlükəsizlik Şurası səmərəsizdir, çünki onun üzvlərinin iclasında Rusiyanın Ukraynadakı hərbi əməliyyatını pisləyən qətnamə qəbul etmək mümkün olmayıb - o zaman Rusiya buna veto qoyub.

Alpər