Dünya 15:22 10.03.2023

Ərdoğan prezident seçkilərinin tarixi ilə bağlı qərar imzaladı

Türkiyədə parlament və prezident seçkiləri 14 mayda keçiriləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq qərarı imzalayıb.

Ərdoğan bildirib ki, sabahdan etibarən seçki mərhələsi başlayacaq: "Qərarın xalq və siyasi elita üçün uğurlu olacağına ümid edirəm. Seçkilərin mayın 14-də keçirilməsi ilə bağlı xeyli əvvəldən xalqa məlumat vermişdik. Seçkilərin iyunun 18-də keçirilməməsinin bir sıra obyektiv səbəbləri var. Bunlardan biri də iyunda Həcc ziyarətinin başlamasıdır. Ona görə də seçkilərin tarixini qabağa çəkdik”.