Dünya 13:58 08.02.2023

Ərdoğan zəlzələ bölgəsinə getdi (YENİLƏNİB)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin mərkəzi olan Kahramanmaraş vilayətinə çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə onun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, dövlət başçısı ərazidəki mövcud durumla tanış olacaq.

Xatırladaq ki, fevralın 6-sı səhər saatlarında Türkiyədə 7.7 maqnitudada zəlzələ baş verib.

11.47
 
Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda zəlzələdən zərər çəkmiş əraziləri yoxlamaq üçün bölgəyə gedir.

Qaynarinfo bu barədə Haber-7.com-a istinadla xəbər verir.

Prezident Ərdoğan Kahramanmaraş mərkəzli zəlzələdən zərər çəkmiş vilayətlərə gedərək işləri yerində yoxlamaq və koordinasiya etmək istəyir.

Ərdoğanın əvvəlcə Kahramanmaraş şəhər mərkəzinə, daha sonra Pazarcık mahalına keçəcəyi gözlənilir.

Prezident Ərdoğanın daha sonra Hatayda araşdırma aparması planlaşdırılır.
 
Alpər